Həbsxanada 20 telefon aşkar edildi
05 Avqust 2014 Çərşənbə Axşamı 22:47
Qobustan həbsxanasında axtarış-baxış tədbirləri həyata keçirilib.
Qobustan həbsxanasında axtarış-baxış tədbirləri həyata keçirilib.

ANS PRESS-in məlumatına görə, bu haqda Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verib.

Xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasında 20 ədəd qanunsuz mobil telefon aparatı, onlara məxsus aksessuarlar, kəsici-deşici və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.








DOSTLARINLA PAYLAŞ:

oyunlar