Hamamda 55 yaşlı kişi dəm qazından öldü
29 Oktyabr 2013 Çərşənbə Axşamı 10:40
Ümumi hamamda çimən Biləsuvar sakini sərxoş olub.
Ötən gün axşam saatlarında Bakının Xətai rayonu ərazisində 55 yaşlı kişi ümumi hamamda çimərkən ölüb. Rayon Polis İdarəsi 34-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, kənd Əhmədlidə “Köhnə hamam” adlanan ümumi hamamda naməlum şəxs çimərkən dəm qazından boğulub. Araşırmalar zamanı onun Biləsuvar rayon Xırmanlı kənd sakini Əlibala Əliağa oğlu Məmmədov olduğu məlum olub.
Qeyd edək ki, Əlibala Məmmədovun hər gün spirtli içki qəbul etdiyi bildirilir. O, hamamda çimərkən də sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: