Gürcüstanda 3 yaşlı uşaq “donuz qripi”ndən ölüb.
18 Fevral 2013 Bazar Ertəsi 17:54
Gürcüstanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı artıb
Gürcüstanda 3 yaşlı uşaq “donuz qripi”ndən ölüb. ANS PRESS-in ölkə mətbuatına istinadən verdiyi məlumata görə, bu artıq 2013-cü ildə “donuz qripi”ndən qeydə alınan 6-cı ölüm hadisəsidir.
3 yaşlı uşaq leykemiyadan əziyyət çəkirdi və uzun müddət paytaxt Tiflisin uşaq poliklinikalarının birində müalicə kursu keçirdi. Həkimlər ona “donuz qripi” diaqnozu qoymuşdular.
Kilinikanın baş həkimi İvane Çxeidze bildirib ki, zökən mövsümünün əvvəlindən bu xəstəlik 150 nəfərdə qeydə alınıb ki, onlardan 28-i uşaqdır. Bundan əvvəl isə bu xəstəlikdən Zuqdididən olan bir cavan oğlanın vəfat etdiyi bağlı məlumat verilmişdi.
DOSTLARINLA PAYLAŞ: