Göygölde çetene beceren şexs saxlanılıb
23 İyul 2013 Çərşənbə Axşamı 11:58
Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi açılıb.
Göygöl rayonunun Zurnabad kəndində yerləşən meşəlikdə narkotik tərkibli çətənə kolu əkib becərən şəxs saxlanılıb. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayon sakini, 1969-cu il təvəllüdlü Araz İsayev rayonun Zurnabad kəndində olan meşəlikdə çətənə kollarına qulluq göstərərkən tutulub.
Məlumata görə, meşəlikdən xüsusi aqrotexniki qaydada becərilən çəkisi 2,304 kiloqram olan 24 ədəd çətənə kolu aşkarlanıb. Saxlanılan Araz İsayev bildirib ki, o çətənə kollarını öz istifadəsi üçün becərirmiş və toxumları İrandan olan dostlarından alıb.
Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə Araz İsayev 9 il məhbusluq həyatı yaşayıb və təxminən bir il bundan əvvəl azadlığa çıxıb. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: