Göygöl rayonunda narkotacir tutuldu
03 Avqust 2013 Şənbə 22:30
Şübhəli bilinən rayon sakinini 3-cü dəfə məhkumluq həyatı gözləyir.
Göygöl rayonunda becərilməsi qadağan olunan 13 kiloqramdan artıq xüsusi aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kolları aşkarlanıb. ANAS PRESS Kəpəz TV-yə istinadən xəbər verir ki, narkotik tərkibli bitkini əkib-becərməkdə şübhəli bilinən rayon sakinini 3-cü dəfə məhkumluq həyatı gözləyir.

Göygöl rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər iki dəfə oğurluq cinayətləri ilə məhkum olan Üçtəpə kənd sakini 46 yaşlı Murad Hüseynovun bu dəfə də öz evinin həyətyanı sahəsində qadağan olunmuş çətənə kolları əkib becərdiyi aşkar olunub.

Məhkumun evində axtarış keçirilən zaman evinin qarajından istifadə üçün saxlanılan 129 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Murad Hüseynov özü isə çətənə kollarını satış deyil, şəxsi istifadə məqsədilə əkdiyini bildirir.

Bildirək ki, bu, narkotik tərkibli məhsulların becərilməsi və saxlanması ilə bağlı son 10 gündə Göygöl Rayon Polis Şöbəsi tərəfindən qeydə alınan üçüncü faktdır.

Artıq faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar