Göyçayda hamilə qadın vəfat edib
01 Avqust 2014 Cümə 12:44
8 aylıq hamilə Bakıya gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Göyçayda hamilə qadın dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Göyçay sakini 30 yaşlı Xəyalə Etibar qızı Həsənova hamiləliyinin 8-ci ayında ölüb.

Belə ki, qadın hamiləliyin 8-ci ayında Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılıb. Xəstəxanan baş həkimin müavini Ləman Hacıyevanın ANS PRESS-ə verdiyi məlumata görə, qadın ağır vəziyyətdə xəstəxanaya daxil olub. Lakin onun vəziyyəti getdikcə ağırlaşdığından onu dərhal Bakıya, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb.

İyul ayının 29-dan 30-na keçən gecə Bakıya gətirilən Xəyalə Həsənova Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Yusif Səfərovun ANS PRESS-ə verdiyi məlumata görə, qadın xəstəxanaya daxil olan zaman həddindən artıq pis halda olub. Ona beyin qansızması diaqnozu qoyulub.

“Xəyalədə anadangəlmə beyin-damar katalogiyası xəstəliyi olub. Xəstə daxil olanda ölüm vəziyyətində idi. Həkimlərimiz əllərindən gələni etsələr də, onun həyatını xilas etmək mümkün olmadı”, - deyə Yusif Səfərov bildirib.

Qeyde dək ki, X.Həsənova iki uşaq anası olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar