Göyçay rayonunda qadınlar ağır qeza töretdi
28 İyul 2013 Bazar 00:10
Göyçay rayonunda qadınlar ağır qeza töretdi. Ağır kelle-beyin travması alan sernişinlerden biri dünyasını deyişib.
Bakı-Şamaxı-Yevlax yolunun 210-cu km-də Goyçay rayonunun Bığır kəndi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Goyçaydan Bakı istiqamətndə hərəkət edən "Kia Rio" markalı maşın yoldan çıixaraq yolun sağ kənarına aşıb. Hadisə şahidlərinin sözlərinə görə, maşındakılar sürücüdə daxil olmaqla 3 -də qadın olub. Yaralılar Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, ağır kəllə-beyin travması alan sərnişinlərdən biri dünyasını dəyişib. Digər xəstələrin vəziyyəti orta ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət yol polisi araşdırma aparır. Qeyd edək ki, avtomaşında təhlükəsizlik şarları olmayıb.
DOSTLARINLA PAYLAŞ: