Goranboyda dəhşət, qumbara 7 nəfəri partlatdı
01 Oktyabr 2014 Çərşənbə 11:47
Goranboyda baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub. Yeznə yeni qohumlarına hücum eləyib.
Goranboyda baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub. Öldürülənin gəlinin əmisi oğlu Adil adlı şəxsin ANS PRESS-ə verdiyi məlumata görə, qətliamı törədən Rafiq Hüseynov həyat yoldaşını döyüb. Atası evinə gedən arvadına zəng vuran Rafiq onun geri gəlib-gəlməyəcəyi ilə maraqlanıb. Yaxınları qızlarını buraxmayacaqlarını bildirdikdə Rafiq qaynatasıgilə gələrək evə qumbara atıb.
***09.59
Goranboyda baş verən kütləvi qətlin təfərrüatları məlum olub. ANS PRESS-in məlumatına görə, hadisə Goranboyun Səfikürd kəndində qeydə alınıb. Qətliamı törədən şəxs ailənin yeznəsi olub. Ailə bir ay imiş ki, həmin şəxslə qohum olub.
Kənd sakinlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qətli törədən Rafiq Hüseynov adlı şəxs olub. İlkin ehtimala görə, Rafiq bir ay əvvəl ailə həyatı qurduğu həyat yoldaşını gecə saatlarında möhkəm döyüb. Qadın ata evinə gəlib. Hüseynov Rafiq Müzəffər oğlu səhər saatlarında qaynatasıgilə gələrək avtomat silahla evdə olan qaynanası, həyat yoldaşı, qayınları, baldızı və evin gəlinlərini güllələyib.
***09.51
Goranboy rayonunda kütləvi qətl törədilib.
Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.
Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.
Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
DOSTLARINLA PAYLAŞ: