Goranboy rayonunda ağır yol qəzası baş verib
26 Sentyabr 2014 Cümə 16:41
Goranboy rayonunda ağır yol qəzası baş verib. Kişi arvadı və qızının ölümünə səbəb olub.
Bu gecə saat 01 radələrində Goranboy rayonunda ağır yol qəzası baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Nərimanlı kəndində baş verib.

Belə ki, rayon sakini Elçin Kərimov idarə etdiyi “Ford” markalı avtomobili qarşıda gedən həmyerlisi Mansur Mansurovun idarə etdiyi “Belorus” markalı traktora vurub.

Qəza nəticəsində sürücü ağır yaralanıb, onun sərnişinləri, arvadı Rəsmiyyə və qızı Aytəkin hadisə yerində ölüblər.

Faktla bağlı Goranboy rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar