Göldə çimmək istəyən 5 qız boğulub öldü
31 İyul 2014 Cümə Axşamı 12:37
Gölün əslində çox dərin olmadığı, qızların palçığa bataraq boğulduğu bildirilib.
Türkiyənin Batman vilayətində sərinləmək üçün gölə girən 5 qız uşağı suda boğularaq ölüb. ANS PRESS-in xəbərinə görə, hadisə vilayətin Kozluk rayonunun Yakıtlı kəndində baş verib.

Məlumata görə, yaşları 10-12 arasında, qohum olan 5 qız bayram şəkəri toplamaq üçün qohumlarla bayramlaşmağa gediblər. Axşam vaxtı övladları evə qayıtmadığı üçün narahat olan ailələr onların axtarışına çıxıblar və gölün kənarından kiçik qızların paltarlarını tapıblar.

Dərhal yerli fövqəladə hallar idarəsinə məlumat verilib. FH idarəsi və jandarmın birgə apardığı axrtarış nəticəsində 5 qızın meyiti göldən tapılaraq çıxarılıb.

FH idarəsi yerli şöbəsinin rəhbəri gölün əslində çox dərin olmadığını, qızların palçığa bataraq boğulduğunu deyib.

Qeyd edək ki, eyni soyadı daşıyan qızların 3 ayrı ailənin övladı olduğu bildirilib. Hadisədə ölənlərin 12 yaşlı Kübra Yaman, bacısı 10 yaşlı Sevda Yaman, 11 yaşlı Canser Yaman, 10 yaşlı bacısı Həlimə Yaman və qohumları 12 yaşlı Rozelin Yaman olduğu bildirilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar