Gencedə namelum kişi meyiti tapıldı
26 İyun 2013 Çərşənbə 13:51
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.
Ötən gecə saat 22:00 radələrində Atatürk prospekti “Sərxan” marketin yaxınlığında naməlum kişi meyiti tapılıb. ANS PRESS Kəpəz TV-yə istinadən xəbər verir ki, mərhumun əynində göy cizgili köynək və qara şalvar olub. Ölən şəxsin 40-45 yaşda olduğu güman edilir. Cəsəd aşkar edilən zaman üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin versiyaya görə, mərhumun ölümünə ürək çatışmazlığı səbəb olub.
Şahidlərin bildirdiyinə görə, mərhum qəfil yıxılaraq, vəfat edib. Şahid Mübariz Quliyev hadisə ilə bağlı bunları deyib: “Gəldi, dükanın yanında durdu və qəflətən yerə yıxıldı. Ayrı heç nə görmədim. Biz dərhal təcili yardım çağırdıq. Onlar gələnə kimi artıq ölmüşdü”.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: