Gəncədə ər arvadını qətlə yetirdi
31 Mart 2014 Bazar Ertəsi 03:55
Gəncə şəhər sakini 43 yaşlı Natiq Bayramov həyat yoldaşı 34 yaşlı Gülnarə Bayramovanı bıçaqlayıb.
Gəncədə ölümlə nəticələnən ailə münaqişəsi baş verib.
ANS PRESS-in xəbərinə görə, hadisə Gəncə şəhərinin Gülüstan yaşayış massivində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti yataqxanası ərazisində olan məhəllə evlərinin birində baş verib. Faktı Gəncə Şəhər Polis İdarəsi də təsdiqləyib.
Hadisə zamanı Gəncə şəhər sakini 43 yaşlı Natiq Bayramov həyat yoldaşı 34 yaşlı Gülnarə Bayramovanı bıçaqlayıb. İlkin ehtimallara görə, hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi güman edilir.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: