Gəncədə banklarının birində polis özünü güllələdi
26 Fevral 2013 Çərşənbə Axşamı 11:44
Hadisənin ehtiyyatsızlıqdan baş verdiyi bildirilir.
Ötən gün Gəncə şəhərində bankda mühafizə polisi öz-özünü gəllələyib. Gəncə şəhər Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Zərdabi küçəsində yerləşən bankların birində polis serjantı 25 yaşlı Rişad Xəyyam oğlu Həsənov öz tabel silahı ilə özünü güllələyib. Polis silahla ehtiyatsız davranaraq ayaq nahiyəsindən xəsarət alıb. Onu dərhal xəstəxanaya yerləşdiriblər.

Qeyd edək ki, xidməti tapançadan açılan atəş nəticəsində güllə yarası alan polis əməkdaşı elə həmin bank filialının mühafizəçisidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar