Gəncədə ana və qızını ölümcül yaraladılar
10 Fevral 2014 Bazar Ertəsi 11:07
Gəncə şəhə Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Atatürk prospektində yerləşən 265 saylı binada 30 saylı mənzilə basqın olub.
Ötən gün Gəncədə qanlı hadisə baş verib. Belə ki, naməlum şəxs mənzilə girərək, orada yaşayan 58 yaşlı Kəmalə Mehdiyeva və onun qızı 33 yaşlı Şəmsiyənur Mehdiyevanı bıçaqlayıb. Hər iki qadın çoxsaylı bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib. Hazırda hər iki xəstənin vəziyyəti ağırdı.
Qeyd edək ki, Şəmsiyənur Mehdiyevaya 10-dan çox bıçaq zərbəsi vurulub və onun vəziyyəti daha ağırdı. Həkimlər hər iki xəstənin həyatda qalması üçün əllərindən gələni əsirgəmirlər.
Cinayəti törədən şəxs isə hələlik naməlum olaraq qalır. Hazırda Gəncə polisi onun tapılması istiqamətində əməliyyata başayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: