Gənc qız yol qəzasında öldü
30 Avqust 2013 Cümə 22:23
Aeroport yolunda baş verən zəncirvari qəzada isə iki nəfər xəsarət alıb.
Bakıda aeroport yolunda bir-birinin ardınca iki ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hər iki hadisə axşam saatlarında qeydə alınıb.
BMW markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ dəqiqləşməmiş 18-20 yaşlı qızı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Aeroport yolunda baş verən digər qəza yolun Xəzər rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes”, “Nissan”, VAZ-2107 və KİA markalı avtomobillərin toqquşması ilə nəticələnən zəncirvarı yol qəzasında ölən olmasa da, maşınların hamısına ciddi ziyan dəyib. Polisdən həmçinin bildirilib ki, qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.
Hər iki faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: