Gənc oğlan Bakının mərkəzini bir-birinə vurdu 
    04 İyul 2013 Cümə Axşamı 18:23
    Cavan oğlan Səbail rayonu, Əziz Əliyev küçəsində yerləşən binanın damına çıxaraq özünü oradan atmağa cəhd edib.
    
                	 
    
         Bakının mərkəzi küçəsində gənc oğlan aləmi qarışdırıb. Milli.Az-a daxil olan məlumata görə, cavan oğlan Səbail rayonu, Əziz Əliyev küçəsində yerləşən binanın damına çıxaraq özünü oradan atmağa cəhd edib. 
Əraziyə gələn hüquq-mühafizə orqanı əməkdaşları intiharın qarşısını alıblar. Həmin şəxs aşağı düşürdülərək polis bölməsinə aparılıb.
Səbail rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hazırda həmin şəxsin ifadəsi alınır. Onun hansı səbəbdən özünü öldürməyə cəhd etməsi araşdırmadan sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: