Gecə 48 yaşlı kişi oğlunu və baldızını qanına qəltan etdi
10 Oktyabr 2013 Cümə Axşamı 10:15
Hadisəni törədən şəxs qaçsa da, polis onu yaxalaya bilib.
Ötən gecə Siyəzəndə ailə münaqişəsi zəmnində qan tökülüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi 52 ünvanında yaşayan 48 yaşlı Çingiz Nuriyev oğlunu və baldızını bıçaqlayıb. Nəticədə 18 yaşlı Dəyanət Nuriyev və 45 yaşlı Xavər Qoçalıyeva Regional Müalicə Diaqnostika Mərkəzinə gətiriliblər. Onların bədənində çoxlu sayda kəsilmiş-deşilmiş yaralar olub.
Hadisəni törədən Çingiz Nuriyev qaçsa da, polis onu yaxalayıb.
Hələlik onun nə üçün yaxınlarını qanına qəltan etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: