Füzulidə yasda baş verən partlayışda yaralananlardan ikisi öldü
07 Oktyabr 2013 Bazar Ertəsi 13:26
Bakıda gətirilən Mahnur Həsənova və Fəxri İbişovanı həkimlər xilas edə bilməyiblər.
Bir neçə gün əvvəl Füzuli rayonunda keçirilən yas mərasimində baş verən partlayış nəticəsində yaralananlardan ikisi dünyasını dəyişib. Rayon Polis Şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, yanıq xəsarətlərilə Bakıda xəstəxanaya gətirilən 1980-ci il təvəllüdlü Mahnur Əhəd qızı Həsənova və 1963-cü il təvəllüdlü Fəxri Əbil qızı İbişova aldıqları xəsarətdən vəfat ediblər.
Qeyd edək ki, hadisə oktyabrın 3-də “Qayıdış-1” qəsəbəsi, ev 73 ünvanında, Elmira Əmir qızı Quliyevaya məxsus evdə qaz balonunun partlaması nəticəsində qeydə alınıb. Partlayış nəticəsində xəsarət alan digər şəxslər 1982-ci il Gülgəz Nəcəf qızı Quliyeva, 1983-cü il təvəllüdlü Jalə Həsrət qızı Muradxanova, 1973-cü il təvəllüdlü Sahibə Xaləddin qızı Xaləddinova, 1968-ci il təvəllüdlü Zoya Cavanşir qızı Bayramova və 2007-ci il təvəllüdlü Amil Əli oğlu Quliyevin müalicəsi davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: