FHN huşunu itirmiş qadını xilas etdi
09 Avqust 2014 Şənbə 04:54
Həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməyib.
Bakı şəhəri, Nizami rayonunda 1976-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalıb.
ANS PRESS-in FHN-nin saytına istinadən xəbərinə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə 5-ci mərtəbənin eyvanından mənzilin eyvanına enərək daxil olublar.
Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
DOSTLARINLA PAYLAŞ: