FHN batan balıqçı ilə bağlı məlumat yayıb
11 Aprel 2013 Cümə Axşamı 13:16
İtkin düşən şəxsin axtarışları davam edir.
Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində balıqçının batması barədə məlumat yayıb. ANS PRESS-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 11-də 2 nəfər Masallı rayonu, Qızılağac kəndi ərazisindən qayıqla dənizə çıxıb, lakin hava küləkli olduğundan qayıq çevrilib.
Qayıqda olan 1979-cu il təvəllüdlü Niyaməddin Mirzəxan oğlu Ağayev üzərək sahilə çıxıb, 1981-ci il təvəllüdlü Elsevər Mehman oğlu Allahverdiyev itkin düşüb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən E. Allahverdiyevin axtarışları aparılır. Əlavə məlumat veriləcək.
DOSTLARINLA PAYLAŞ: