Evin yegane qızından ailesine zerbe
07 İyul 2014 Bazar Ertəsi 11:07
Sebail rayonu Badamdar qesebesinde 20 yaşlı qız özünü asıb.
Öten gün Bakının Sebail rayonunda genc qız özünü asıb. Sebail rayon Prokurorluğundan ANS PRESS-e verilen melumata göre, hadise Badamdar qesebesinde, 3-cü massivde olub.

Bele ki, saat 15:00-da 1994-cü il tevellüdlü Gültekin Maarif qızı Orucovanın meyidi metbexde asılmış halda tapılıb. Derhal hadise yerine hüquq-mühafize orqanları emekdaşları celb olunub. Araşdırmalar zamanı qızın intihar etdiyi melum olub.

Helelik intiharın sebebleri bilinmir.

Qeyd edek ki, G.Orucova evin yegane qızı olub. Qız Sabirabad rayonunda qeydiyyatda olub. Bakıda qeydiyyatsız yaşayırmış.
Faktla bağlı cinayet işi başlanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar