Hadisə

Əsgər Yaşar Əhədzadə yoldaşını öldürdü

Yaşar Əhədzadə əsgər yoldaşına dəmir parçası ilə ölümcül xəsarət yetirib.

· Xəbərçi
Əsgər Yaşar Əhədzadə yoldaşını öldürdü
Azərbaycan Ordusunda qətl törədilib. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Yaşar Əhədzadə aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı İlkin Musayevə dəmir parçası ilə xəsarət yetirib. Nəticədə İ. Musayev aldığı xəsarətdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Şərhlər