Esger Xezer Semedov dünyasını vefat edib
28 İyun 2013 Cümə 10:52
Xezer Semedov silahla davranış qaydalarının pozulması nəticəsində ölüb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri dünyasını vəfat edib. DSX-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün Lerik rayonunda yerləşən sərhəd zastavasında baş verib.
İlkin məlumatlara görə, Xəzər Ağa oğlu Səmədov silahla davranış qaydalarının pozulması nəticəsində dünyasını dəyişib.
Əsgər, həqiqi hərbi xidmətə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən çağırılıb.
Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluqla birlikdə araşdırma aparılır.
Əsgər X. Səmədovun valideynləri hadisə barədə məlumatlandırılıb və hərbi hissəyə dəvət olunublar.
DOSTLARINLA PAYLAŞ: