Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
02 Dekabr 2009 Çərşənbə 09:40
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri dekabrın 1-də saat 20.30-dan 20.50-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.45-dən 22.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, dekabrın 2-də saat 02.45-dən 03.00-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. APA
DOSTLARINLA PAYLAŞ: