Ermenilerin güllelediyi çoban azerbaycanlı imiş
03 Avqust 2013 Şənbə 11:36
Bu barede melumatı Akyaka yerli icra nümayendesi Osman Uğurlu verib.
Ermənistan Türkiyə sərhədində, Qarsda yaylaqda erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən çoban əslən azərbaycanlı olub. Bu barədə məlumatı Akyaka yerli icra nümayəndəsi Osman Uğurlu verib.

ANS PRESS-in "Haber3" saytına istinadla verdiyi məlumata görə, o, azərbaycanlı əsilli çoban Mustafa Ülkərin ötən gün cənazə namazından sonra dəfn edildiyini deyib.

Xatırladaq ki, ötən gün Ermənistan sərhədini pozan Türkiyə vətəndaşı sərhədçilərin açdığı atəşlə öldürülmüş, rəsmi Ankara bu hadisə səbəbindən Ermənistana nota göndərmişdi.

Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Ankaranın notasına cavabında baş verənlərə görə təəssüfləndiyini bildirib. O həmçinin bu cür hadisələrin gələcəkdə təkrarlanmayacağına ümidvar olduğunu deyib.

Cənazədən sonra jurnalistərə açıqlama verən O.Uğurlu Ermənistanın "ilk atəş açan çoban olub" açıqlamasını şərh edib. "Çobanın üzərində hər hansı bir silah olmayıb. Gərəkli araşdırmalar aparılır. Ona arxadan güllə vurulub. Çobanın üzərində ancaq bir alışqan olub".


DOSTLARINLA PAYLAŞ:

oyunlar