Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar
10 Aprel 2013 Çərşənbə 10:41
19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu ayağından güllə yarası alıb.
Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ötən gün cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu ayağından güllə yarası alıb.
Hazırda yaralı əsgər hospitala yerləşdirilib. T. Abdullayevin verdiyi məlumata görə, əsgərin vəziyyətinin normaldır.
Qeyd edək ki, Fərhad Şıxsəfiyev Bakının Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
DOSTLARINLA PAYLAŞ: