Əri ilə dalaşan 26 yaşlı gəlin özünü öldürdü
05 Dekabr 2012 Çərşənbə 11:10
Qadın özünü zəhərləyib
Bu gecə saat 04:30 radələrində 26 yaşlı gəlin intihar edib. Quba rayon prokuroru Nazim Hacıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Tülər kənd sakini 1986-cı il təvəllüdlü Düriyə Rasim qızı Mütəllimova kimyəvi maddə içib.
Güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən gənc gəlin saat 05:00 radələrində Düriyə Mütəllimova dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, Düriyə Mütəllimova həyat yoldaşı Şahlar Mütəllimovla dalaşıb. Onun bu səbəbdən intihar etməsi ehtimal olunur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: