Elmin şadlıq sarayı sahibi bıçaqlandı
12 Sentyabr 2013 Cümə Axşamı 10:21
Elmin şadlıq sarayı sahibi 60 yaşlı iş adamı Adil Quliyev sarayı ilə üzbəüz kafedə bıçaqlanıb.
Ötən gün Xaçmaz şəhərində restoran sahibi bıçaqlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bıçaqlanan şəxs “Elmin” şadlıq sarayının sahibi, iş adamı 60 yaşlı Adil Quliyevdir.
Ona şadlıq sarayı ilə üzbəüz kafedə baş nahiyəsindən iki bıçaq zərbəsi vurulub. Ağır yaralanan Adil Quliyev dərhal Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar