Əhməd Əhmədovun qardaşı Abbas Əhmədov dünyasını dəyişib
20 Aprel 2014 Bazar 00:37
Onunla birlikdə sərhəd zastavalarından birinin komendantı da dünyasını dəyişdi.
Bu gün saat 17.30 radələrində Naçıvan MR Şərur rayon Püsyan kəndininin yanında “Toyoto Prado” markalı avtomobil qəzaya düşüb. Qəza nəticəsində Naxçıvan MR daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Abbas Əhmədov dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, bu barədə hüquq müdafiəçisi Həkimdostu Mehdiyev öz “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, Abbas Əhmədovla birlikdə Şərurdakı sərhəd zastavalarının birinin də komendantı dünyasını dəyişib. Hər ikisi iştirak etdikləri toydan Naxçıvana qayıdırmış.

Naxçıvan daxili işlər nazirliyinin növbətçisi informasiya barədə heç nə bildirmədi.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar