Əcnəbiləri qarət edən şəxslər tutuldu
09 Avqust 2014 Şənbə 00:40
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları əcnəbi vətəndaşlara qarşı quldurluq edən şəxsləri saxlayıb.
ANS TV-nin məlumatına görə, Koreya vətəndaşlarının polisə etdiyi şikayət əsasında əməliyyata başlayan idarə əməkdaşları tez bir zamanda həmin şəxsləri ifşa edib. Məlum olub ki, əcnəbilərə qarşı quldurluq edənlər Buzovna qəsəbəsi sakinləridir. Dəstə üzvləri olan Təhməz Əliyev, onun yaxın qohumu Nihat Əliyev və ilqar Həsənov hadisə günü həmin xarici qonaqları qəsəbə ərazisindən götürərək şəhərə aparacaqlarını deyiblər.

Koreyalıları paytaxtın Nəsimi rayonuna gətirəcəklərinə vəd verən tanışları sonda onları qarət etmək qərarına gəliblər.

Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi İsmayıl Babayevin sözlərinə görə, Buzovnada onlar bıçaq çəkiblər, 4 ədəd telefon və 1500 dollar aparıblar.

Hazırda hər 3 şəxs barəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar