Düşmənlə atışmada əsgər Fərid Ağayev şəhid olub
06 Fevral 2015 Cümə 11:42
Düşmənlə atışmada ağır yaralanan əsgər Fərid Ağayev şəhid olub.
Düşmənlə atışmada Azərbaycan ordusu şəhid verdi. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Fərid Ağayev Rüfət oğlu ağır yaralanıb.
Əsgərimizə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


DOSTLARINLA PAYLAŞ:

oyunlar