Dörd hərbçinin ölümü ilə nəticələnən qəzanın səbəbləri açıqlandı
18 May 2013 Şənbə 11:31
Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər olub.
Azərbaycanın şimal bölgəsində qəzaya uğrayan avtomobil hərbi maşın olmayıb. Bu barədə APA-ya açıqlamasında Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova bildirib. O, qeyd edib ki, qəzaya uğrayan “RAF” markalı maşın ölən hərbçilərdən birinə məxsus olub: “Həmin maşın hərbi maşın olmayıb”.

T. Məmmədova qəzanın baş verməsinin səbəblərini də açıqlayıb: “Qəza hərbçilər işə gedən zaman baş verib. Qəzaya havanın yağmurlu olması nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində baş verən nasazlıq səbəb olub. Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər olub və nəticədə onlardan 4-ü dünyasını dəyişib. Digər sərnişinlər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər”.

Qeyd edək ki, məlum hadisə bu gün Quba rayonunda qeydə alınıb. Baş verən qəza nəticəsində Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza zamanı xəsarət alan hərbçilər isə xəstəxanaya yerləşdirilib.

Xəsarət alan hərbçilər isə aşağıdakılardır - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsmiyev Elbəy Ədalət oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar