Doğuş zamanı daha bir ölüm
28 May 2014 Çərşənbə 14:33
Gəncə Regional Perinatal Mərkəzində doğuş zamanı körpə ölüb.
Gəncədə doğuş zamanı ölüm faktı baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə Gəncə Regional Perinatal Mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, Kəlbəcər rayon sakini 23 yaşlı Ləman İlham qızı Məmmədova gətirildiyi mərkəzdə doğuş edib.
Lakin doğuşdan az sonra yenidoğulan vəfat edib. Uşağın hansı səbəbdən öldüyü isə hələlik məlum deyil. Ölümün səbəbi ekspertizanın yekun rəyindən sonra bilinəcək.

Gəncə Şəhər Prokurorluğudan bildirilib ki, faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar