Bakının Heydər Əliyev prospektində dəhşət yaşandı.
Bakının Heydər Əliyev prospektində dəhşətli qəza baş verib. ANS PRESS-in hadisə yerində əməkdaşının verdiyt məlumata görə, toqquşan maşınlar alışıb.
“90-FP-014” nömrəli “VAZ 21014” və “10- XO-018” dövlət nömrə nişanlı “Hyundai Santa Fe” markalı avtomobillər toqquşub. Hadisə yerinə gələn yanğınsöndürənlər yanan hər iki avtomobil söndürüblər.
Məlumata görə, qəzada 3 nəfər yaralanıb. Onlardan biri polis polkovniki Həsənov Elşən Ağahüseyn oğludur. O, Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisidir. Digər yaralılar isə Bakı sakinləri, 24 yaşlı Əliyev Taleh Həsənağa oğlu və 1987-ci il təvəllüdlü Xəlilov Fərid Rasim oğludur.
Qəzadan sonra Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.