Dəvəçidəki sürüşməyə səbəb yağışlar.
02 Mart 2009 Bazar Ertəsi 15:20
Sürüşmə baş verən ərazidə 18 aşırımlı, 580 metr uzunluğunda körpünün tikilməsi nəzərdə tutulub

 

Dəvəçi rayonunda yeni inşa edilən Bakı-Rusiya sərhəd yolunun 120-ci km-də baş vermiş torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması istiqamətində işər davam etdirilir. Dəvəçi rayon icra başçısı Mehdi Balabəyovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, artıq sürüşmənin üst qatındakı torpaq layı yığışdırlıb.
İcra başçısı sürüşməyə son günlər yağan intensiv yağışların və yaxınlıqdakı köhnə dəyirmandan su sızmasının səbəb olduğunu bildirib. Onun sözlərinə görə, sürüşmə 1 hektara yaxın sahəni əhatə edib. İcra başçısı sürüşmə baş verən ərazidə 18 aşırımlı, 580 metr uzunluğunda körpünün tikilməsinin nəzərdə tutulduğunu qeyd edib. Qeyd edək ki, sürüşmə nəticəsində 140 metrlik qoruyucu beton bənd dağılmışdı.
Xatırladaq ki, Bakı-Rusiya yolunda torpaq sürüşməsi fevralın 28-də baş vermişdi. Təxminən 80-100 m təpədən topaq qatı sürüşərək yeni yolun 50 metrlik hissəsinə düşüb. Hadisə nəticəsində yaxınlıqda olan evlərə ziyan dəyməyib və xəsarət alan olmayıb. Xatırladaq ki, 2007-ci ilin mart ayında da bu ərazidə sürüşmə olmuşdu.

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar