Dənizdə batan 5-ci uşağın da meyiti çıxarıldı
08 Avqust 2014 Cümə 23:07
FHN-in əməkdaşları çıxardıqları meyiti Əliyevlər ailəsinə təhvil verib.
İki gün öncə dənizdə boğulan beş azyaşlıdan, sonuncunun 6 yaşlı Fariz Əliyevin meyitini bu gün səhər saatlarında dənizdən çıxarmaq mümkün olub.
ANS TV-nin məlumatına görə, iki gündür dənizdə axtarışlar aparan Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları çıxardıqları meyiti Əliyevlər ailəsinə təhvil verib.
Hadisənin baş verməsinə əsasən valideyn nəzarətsizliyi səbəb gətirilir. Batan azyaşlıların valideynləri isə övladlarının gözlənilməz bir vaxtda yoxa çıxdıqlarını və onların dənizə gedə biləcəklərini düşünmədiklərini deyirlər.
Qeyd edək ki, Şüvəlan çimərliyinin qeyri-çimərlik sahəsində dənizə girən azyaşlılardan 3-ü - 9 yaşlı Elgün Məmmədova, 10 yaşlı Kəmalə Məmmədova, və 6 yaşlı Fariz Əliyev bir ailənin, digər 2-si 14 yaşlı Aydan və 13 yaşlı Hüseyn Fərziyev Məmmədovlar ailəsinə qonşuluqda yaşayan ailənin övladlarıdır.
Həm Məmmədovlar, həm də Fərziyevlər ailəsinin dənizdə batan azyaşlılardan başqa övladı yoxdur.
DOSTLARINLA PAYLAŞ: