Dayı və bacıoğlunun cəzası ağırlaşdırıldı
16 İyul 2013 Çərşənbə Axşamı 20:52
Toyda mahnı üstündə əlbəyaxa dava ölüm və həbsxana ilə nəticələndi.
Gəncə Apelyasiya Məhkəməsində Bərdə rayon sakinləri - 40 yaşlı Elsevər İsayev və bacısı oğlu, 27 yaşlı Rəfael İsgəndərovun məhkəməsi başa çatıb. Gün.Az-ın məlumatına görə, hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilən qərara görə təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri ilə təqsirli biliniblər. Məhkəmənin yeni hökmü ilə Elsevər İsayev 10 il, Rəfael İsgəndərov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəfael İsgəndərova Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə bəraət verilib. Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə isə təqsirli bilinən Rəfayıl İsgəndərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

İttihama görə, 15 fevral 2011-ci ildə Bərdə rayon Zümürxan kənd sakini Vaqif Əkbərovun qızının toyunda Elsevər İsayev bacısı oğlu Rəfael İsgəndərovun Səhiyyəddin Kərəmov ilə musiqinin dayandırılmasına görə mübahisəsini bəhanə edərək Səhiyyəddinin ünvanına nalayiq söyüşlər işlədib, daha sonra ona bir sillə vurub. Elsevər İsayev hadisə yerinə gələn Teyyub Məmmədovun və onun qardaşı Elman Məmmədovun ünvanına nalayiq söyüşlər söyərək onun üz nahiyəsinə 3 yumruq vurub. Sonra Elman Məmmədovla əlbəyaxa olub.

Rəfayıl İsgəndərov isə evə gedərək bıçaq götürüb və mübahisə baş verən həyətə qayıdıb. Elsevər İsayev bacısı oğlu Rəfaeldan aldığı bıçaqla Elman Məmmədovun döş qəfəsinin sol hissəsindən vuraraq ona xəsarət yetirib. Elman Məmmədov martın 17-də Bakı şəhərində yerləşdirildiyi xəstəxanada ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar