Bakının Nərimanov rayonu ərazisində piyadanın vurulması ölümlə nəticələnib.
Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün səhər saatlarında Ziya Bunyadov prospektində “VAZ-2107” markalı avtomobil dayanacağın qarşısında qadını vurub. Bundan sonra sürücü avtomobili hadisə yerindən qoyaraq qaçıb. Sürücü bu addımını qorxması ilə əsaslandırıb.
Hazırda qadının şəxsiyyəti müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Dayanacaqda duran qadını maşın vurdu
Törətdiyi əməldən qorxan sürücü avtomobili hadisə yerindən qoyaraq qaçıb




Şərhlər