Çoban Xanışın oğlu arvadını öldürdü
07 May 2014 Çərşənbə 10:00
Arvadının ondan 102 xidmətinə şikayət etməsi Nazim Şahıyevin xoşuna gəlməyib.
Lerik rayonunda ağır qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Nazim Xanış oğlu Şahıyev həyat yoldaşını qətlə yetirib. Hadisə ötən gün axşam saat 19-radələrində baş verib.
Belə ki, Nazim Şahıyev axşam saatlarında sərxoş vəziyyətdə evə gəlib. Arvadı, 1975-ci il təvəllüdlü Səkinə şaban qızı Əliyeva ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman qadın həyətə düşərək Daxili İşlər Naziriliyinin 102 xidmətinə zəng edərək əri tərəfindən təhdidlərə məruz qaldığını bildirib. Arvadını izləmək üçün çölə çıxan kişi onun adıçəkilən xidmətə zəng etdiyini görüb. O evə qayıdara mətbəx bıçağını götürüb. Qadını bıçaqlamaq üçün onun arxasınca qaçmağa başlayıb. Bu zaman Səkinə Əliyeva qaçaraq qonşunun həyətinə girmək istəsə də, buna nail ola bilməyib.
N.Şahıyev ona qonşunun qapısının yanında 6 bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Lerin rayon prokurorluğunun müstəntiqi Abdulla Abdullayev onların boşansalarda bir evdə yaşadıqlarını bildirib. Onun szölərinə görə, təqsirləndirilən şəxs artıq saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki,N.Şahıyev çoban Xanış kimi tanınan şəxsin oğludur.
DOSTLARINLA PAYLAŞ: