Çilov adasına gedən şəxs suda boğuldu
17 Dekabr 2012 Bazar Ertəsi 15:56
Güclü külək nəticəsində qayıq çevrilib.
Xəzər dənizində bir nəfər batıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Çilov adasında yaşayan Əhmədağa Şükürov özünə məxsus qayıqda Pirallahı qəsəbəsindən adaya yolda düşüb. Çilov adasına gedərkən, külək qayığı çevirib və nəticədə o, suda boğulub. Ə.Şükürovun meyidi sudan çıxarılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar