Chrysler ve Qaz-3110 toqquşub
12 Sentyabr 2013 Cümə Axşamı 07:50
Sürücülerden biri qeza neticesinde xesaret alaraq xestexanaya çatdırılıb.
Gecə Bakının Nəsimi rayonu Rəşid Behbudov və Füzuli küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir birinə əks istiqamətdə hərəkət eləyən “Chrysler” və “Qaz-3110” markalı avtomaşınlar toqquşub. Hadisə nəticəsində xəsarət alan “Chrysler”in sürücüsü xəstəxanaya aparılıb.
Qəzadan sonra əraziyə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları cəlb edilib, qəza baş verən ünvan polislər tərəifndən müayinədən keçirilib.
Hadisə şahidlərinin sözlərinə görə qəza Rəşid Behbudov küçəsi ilə hərəkət edən “Chrysler” sürücüsünün işıqforun tələbinə riayət etməməsi səbəbindən baş verib. Həmçinin qəza vaxtı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi də məlum olub.
Qəzanın əsas səbəbləri isə təyin olunmuş avto-texniki ekspertizanın rəyindən sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: