Çayxanada 20 yaşlı qızı bıçaqlayıb öldürdülər
08 Fevral 2014 Şənbə 15:12
Həkimlər qıza 5 bıçaq xəsarətləri yetirlidiyini bildirir.
Gəncə şəhərində 20 yaşlı qız qətlə yetirilib. Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən əmlumata görə, hadisə çayxanaların birində baş verib.

Belə ki, axşam saatlarında 1994-cü il təvəllüdlü Aytac Kəramət qızı Əzimi tanışı Rüfət adlı oğlan tərəfindən bıçaqlanıb. Ağır bıçaq xəsarətləri alan qız Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Həkimlər qıza 5 bıçaq xəsarətləri yetirlidiyini bildirir. Qız çox qan itirdiyi üçün dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar