Biznesmen arvadını boyaqçı ile tutdu
16 May 2013 Cümə Axşamı 20:49
Ərin işdən tez qayıtması arvadın planlarını pozub.
Türkiyədə qeyri-adi xəyanət hadisəsi baş verib. “Takvim” qəzetinin yaydığı məlumata görə, hadisə İstanbulun Şişli rayonunda əsasən imkanlı şəxslərin yaşadığı göydələnlərdən birində baş verib. Məlumata görə, usta işlədiyi üçün evə tez qayıdan biznismen zəngi bassa da qapını açan olmayıb. Evə öz açarı ilə girən şəxs yataq otağından qəribə səslər eşidib. Şəxsiyyəti gizli saxlanılan biznesmen qapını açaraq həyat yoldaşını evi boyayan usta ilə eyni yataqda görüb. Biznesmen hiddətlənərək ustanı döyüb evdən qovsa da, xəyanətkar arvad evdən qaçmağa müvəffəq olub. Məlumata görə, zərərçəkmiş şəxs arvadından boşanmaq üçün məhkəməyə müraciət edib.
DOSTLARINLA PAYLAŞ: