Bir nəfər paytaxtda 5 maşın qaçırdı
    12 Dekabr 2009 Şənbə 17:10
    Nurlan Ağamuradov cinayət əməllərini bu ilin oktyabr-dekabr ayları ərzində həyata keçirib
    
                	 
    
         Paytaxtda bir neçə avtomobil qaçıran şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 8-də Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən İlqar Bəkirova məxsus “VAZ-21011” markalı avtomobili qaçırdığına görə saxlanılan Nurlan Ağamuradovun başqa cinayət əməlləri məlum olub.
Ağamuradovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 3-də Sahil Cavadova məxsus “VAZ-2106”, oktyabrın 10-da Etibar Əhmədova məxsus “VAZ-2106”, oktyabrın 15-də Səfixan İsmayılova məxsus “VAZ-2104” və noyabrın 11-də Hüseyn Kazımova məxsus “VAZ-2104” markalı avtomobilləri qaçırması müəyyən edilib. 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: