Binəqədi rayonunda dəhşətli yanğın: ev sahibi tüstüdən boğulub öldü
31 Mart 2014 Bazar Ertəsi 13:44
Binəqədidə yaşayış evi içindəki əşyalarla birlikdə yanıb kül olub.
Ötən gün Bakının Binəqədi rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yanğın saat 13 radələrində Binəqədi rayonu 2-ci Mədən korpus 99-da yaşayan Vyaçeslav Samoxinə məxsus evdə olub.

Yanğın nəticəsində 24 kvm. sahədə evin yanar konstuksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra V.Samoxinin tüstüdən boğulmuş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar