Binə Ticarət Mərkəzində qətl törədildi
14 Fevral 2013 Cümə Axşamı 10:25
Bazardakı kafedə 31 yaşlı oğlan öldürülüb
Bakıda Binə ticarət mərkəzində qətl hadisəsi baş verib. Qaradağ rayon polis İdarəsinin 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bazarda yerləşən kafelərin birində baş verib.
Belə ki, kafedə 31 yaşlı Şaiq Əsgərxan oğlu Rəhimov naməlum şəxslərlə dava edib. Dava nəticəsində Ş.Rəhimov bıçaqlanıb. Ağır yaralanan Şaiq Rəhimovun həyatını həkimlər xilas edə bilməyib.
Bölmədən ANS PRESS-ə verilən məlumata görə, hazırda qətlin kim tərəfindən törədildiyi və hadisənin nə səbəbdən baş verdiyi araşdırlır.
DOSTLARINLA PAYLAŞ: