Biləsuvar rayonunda qətl hadisəsi baş verib. Biləsuvar rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Biləsuvar rayonunun Əliabad kəndində, 38 yaşlı Coşqun Quliyev arvadı Xəyaləni balta ilə qətlə yetirib. Könüllü olaraq polisə gələrək təslim olan C.Quliyev ilkin ifadəsində qətli qısqanclıq zəminində törətdiyini bildirib.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
Biləsuvarda ər arvadını baltaladı
Qətl qısqanclıq zəminində törədilib




Şərhlər