Bilesuvarda emeliyyat edilen ressam öldü
06 Avqust 2013 Çərşənbə Axşamı 10:17
Öd kisesindeki xestelikle bağlı emeliyyat edilen xeste dehlizinde hereket ederken qefilden huşunu itirerek yere yıxılıb ve dünyasını deyişib.
Biləsuvar əməliyyat olunan xəstə dünyasını dəyişib. Cəlilabad rayon Üçtəpə kəndindən olan Məhəmmədhüseyin Məlikov öd kisəsindəki xəstəliklə bağlı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Mövcud xəstəliklə bağlı əməliyyat olunan M.Məlikovun əməliyyatı uğurla başa çatıb.
Əməliyyatdan 3 gün keçdikdən sonra xəstə özünü normal hiss edib. Lakin xəstəxananın dəhlizində hərəkət edərkən qəfildən huşunu itirərək yerə yıxılıb və bununla da o dünyasını dəyişib.
Mərhumun qardaşı Cahanşah Məlikovun sözlərinə görə, onun qardaşı həkimlərin əməliyyatı düzgün etməməsi səbəbindən dünyasını dəyişib.
Xəstənin dünyasının dəyişməsi faktı ilə bağlı məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Biləsuvar rayon şöbəsindən verilən məlumata görə, xəstə ağciyərində baş verimiş trombdan (qan laxtalanmasından) dünyasını dəyişib.
Qeyd edək ki, mərhum M.Məlikov ixtisasca rəssam olub və o çox nadir hallarda rast gəlinən bitki toxumlarından müxtəlif növ portretlər və kompazisyalar yaradırmış. Onun əl işləri ölkə miqyaslı sərgilərdə öncül yerlərdən birini tutub.
DOSTLARINLA PAYLAŞ: