Biləsuvar rayon məscidində yanğın baş verib
    04 Dekabr 2009 Cümə 17:45
    Azərbaycanın Biləsuvar rayonunda məscid yanıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
    
                	 
    
         Hadisə bu gün səhər saatlarında baş verib. Biləsuvar şəhərində ümumi sahəsi 220 kv/m olan rayon məscidinin yanar konstruksiyaları və içərisindəki əşyalar 110 kv/m sahədə tam yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər saat 07.40 radələrində yanğının qarşısını tam alıblar. APA
DOSTLARINLA PAYLAŞ: