Bərdədə ana doğuş zamanı ölüb
23 Sentyabr 2014 Çərşənbə Axşamı 23:16
Bərdə rayon mərkəzi xəstəxanasında doğum şöbəsində ana doğuş zamanı ölüb.
Bərdədə ana doğuş zamanı ölüb.

ANS PRESS-in məlumatına görə, hadisə Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində baş verib.

Yevlax rayon sakini 25 yaşlı Manafova Aynur Məhərrəm qızı dünən xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə təxminən 3 saat bundan əvvəl baş verib. Bu gün axşam saatlarında o, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb.

Xəstəxanada rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları araşdırma aparırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar